13891,27 əmsallıq UDUŞ
17.01.2023 - 12:27
Bukmeker kontorlarında növbəti böyük uduş qeydə alınıb.
Apasport.az saytının məlumatına görə, proqnozsevər 10 matçdan ibarət kupon tərtib edib.
O, İngiltərə Premyer Liqası və İspaniya La Liqasının görüşlərinə mərc gəlib. Better bütün qarşılaşmalarda qalibi təxmin edib.
Əksər hallarda risk edən müştəri favoritlərin əleyhinə olub. Bu üzdən matçların çoxunun əmsalı 2,00-dən yüksək olub. Nəticədə ekspressin cəmi əmsalı 13891,27-yə çatıb.
Better bu kupona 100 rubl (2,47 manat) qoyub. Onun uduşu isə 1 milyon 389 min 127 rubla (34 min 311,44 manat) bərabər olub.
0
0