Mahir Emrelinin komandası İstanbulda qələbəyə sevindi
23.04.2023 - 16:40
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Super Liqada növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda İstanbulda "Kasımpaşa"nın qonağı olub. Görüş "Konyaspor"un qələbəsiylə başa çatıb – 2:1.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. O, 39-cu dəqiqədə zədələnən xorvatiyalı Robert Muriçin yerinə meydana daxil olub və sona qədər oynayıb.
Qeyd edək ki, hazırda "Konyaspor" 31 turdan sonra 42 xalla 8-ci sıradadır.
0
0