Ronaldodan növbəti REKORD
24.03.2023 - 10:17
Ronaldodan növbəti REKORD

Kristiano Ronaldo daha bir rekord müəyyənləşdirib.

Apasport.az saytı xəbər verir ki, Portuqaliya millisinin 38 yaşlı kapitanı buna AVRO-2024-ün seçmə mərhələsinin Lixtenşteynlə (4:0) matçına start heyətində çıxmaqla nail olub.  

“Cırtdanlar”la görüşdə superulduz yığmadakı oyunlarının sayını 197-yə çatdırıb. O, bu göstərici ilə milli komandalar səviyyəsində qarşılaşmaların sayına görə küveytli rekordçu Bader Al Mutavanı qabaqlayıb. Sonuncu yığma ilə 196 matçda meydanda olub. 

Qeyd edək ki, Ronaldo Lixtenşteynlə matçda 2 qol vurub. 

writer photo
Əlirza Əlirzalı
0