18 yaşlı mərkəz müdafiəçisi “Liverpul”da
25.10.2022 - 16:07
18 yaşlı mərkəz müdafiəçisi “Liverpul”da

“Liverpul”un gənc futbolçusu Li Consun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, “qırmızılar” 18 yaşlı mərkəz müdafiəçisi uzun müddət komandada qalacaq.

Çünki U-19 yığmasının üzvü ilə yeni müqavilə imzalanıb. Sövdələşmənin təfərrüatları açıqlanmasa da, uzunmüddətli anlaşma imzalandığı bildirilir.

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Li Cons bu ildən klubun U-21 komandasına cəlb olunub.

writer photo
Əlirza Əlirzalı
0