Alaba “Napoli”yə qarşı oynamayacaq
02.10.2023 - 10:38
Alaba “Napoli”yə qarşı oynamayacaq

“Real”ın futbolçusu David Alaba Çempionlar Liqasının II turunu buraxacaq.

Apasport.az saytının məlumatına görə, avstriyalı müdafiəçi “Napoli” ilə görüşdə iştirak edə bilməyəcək.

31 yaşlı futbolçu səfər matçına aparılmayacaq. Baş məşqçi Karlo Ançelotti “Kastilya”dan 21 yaşlı müdafiəçi Alvaro Karrilyonu heyətə dəvət edib.

Qeyd edək ki, Alaba cari mövsümün 8 matçında bir assistə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0