Alman fanatlardan xarici sərmayədarlara veto
22.02.2024 - 09:17
Alman fanatlardan xarici sərmayədarlara veto

Bundesliqa xarici investorlarla əməkdaşlıqdan imtina etmək qərarına gəlib.

Apasport.az xəbər verir ki, buna azarkeşlərin narazılığı səbəb olub.

Məsələ burasındadır ki, ötən ilin dekabr ayında Almaniyanın ən yaxşı iki divizionunda yer alan 36 klubdan 24-ü Almaniya Futbol Liqasına (DFL) 20 il ərzində televiziya hüquqlarından əldə etdiyi gəlirin bir hissəsi üçün potensial özəl investorlarla əlaqə saxlamağa icazə verib. Bu, həm də beynəlxalq bazarda oyunların nümayişindən əldə edilən gəlirin 8%-i müqabilində 1 milyard avroya qədər gəlir əldə etməyə imkan verəcəkdi.
Ancaq bu yenilik azarkeşlərin narazılığına səbəb olub. Belə ki, yerli fanatlar matçlar zamanı meydançaya yad əşyalar ataraq xaricilərin alman futboluna müdaxiləsinə etiraz ediblər. 
Narazılıqları nəzərə alan DFL-in idarə heyəti çərşənbə günü Frankfurtda fövqəladə iclas keçirib. İclasdan sonra qurumun sədri Hans-Yoahim Vatzke açıqlama verərək, qərarın icarasını təxirə saldıqlarını açıqlayıb. Qurum rəsmisi alman futbolunu təhlükə altına atmamaq üçün xarici iş adamlarının Bundesliqaya sərmayaə yatırma təklifinə mənfi cavab verəcəklərini qeyd edib.

writer photo
Əlirza Əlirzalı
0