“Arsenal” belçikalı uğrunda mübarizədə favoritdir
30.10.2022 - 23:39
“Lester”in yarımmüdafiəçisi Yuri Tilemans çox güman ki, mövsümün sonunda komandasını dəyişəcək.
Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü uğrunda mübarizədə “Arsenal” favorit sayılır.
25 yaşlı orta sahə oyunçusu “Lester”lə mövsümün sonuna qədər olan müqaviləsini yeniləmək istəmir. Çünki Tilemans azad agent kimi başqa kluba keçməyi düşünür. Futbolçu həmçinin “Mançester Yunayted”, “Liverpul”, “Barselona” və “Real”ın da maraq dairəsindədir.
Qeyd edək ki, Yuri Tilemans bu mövsüm Premyer Liqada 13 oyunda 2 qol vurub, 1 assist edib.
0
0