“Barsa”nın üzvü ölkəsinə qayıda bilər
24.01.2025 - 19:22
“Barsa”nın üzvü ölkəsinə qayıda bilər

İspaniya La Liqası klublarından "Barselona"nın futbolçusu Vitor Roke vətəninə qayıda bilər.

Apasport.az xəbər verir ki, "Palmeyras" icarə əsasında "Real Betis" komandasında çıxış edən braziliyalı hücumçunu transfer etmək istəyir.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Palmeyras" İspaniya klubuna 27 milyon avro və futbolçunun növbəti satışından 20 faiz pay təklif edib.

Xatırladaq ki, "Barselona" Vitor Rokeni 2024-cü ilin yanvar ayında "Atletiko Paranaense"dən 30 milyon avro müqabilində transfer edib. 19 yaşlı forvard mövsümün əvvəlində "Real Betis"ə icarəyə verilib.

Qeyd edək ki, gənc futbolçu La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0