“Barselona" bu mövsüm yeni futbolçu transfer edə bilməyəcək
15.01.2024 - 13:41
“Barselona" bu mövsüm yeni futbolçu transfer edə bilməyəcək

“Reallıq budur ki, hazırda biz oyunçu ala bilmirik”.

Apasport.az xəbər verir ki, "Barselona"nın idman direktoru Deko komandanın maliyyə durumu və yeni futbolçuların keçidi məsələsinə münasibət bildirib.

Klub rəsmisi maliyyə vəziyyətinin qənaətbəxş olmadığını deyib: “Yeni futbolçuların transferi üçün maliyyə problemimiz var. Əgər fair-play qaydalarını pozarsaq, bizi ciddi cəza gözləyəcək. Bu səbəbdən də bazarda aktivlik nümayiş etdirə bilmirik. Böyük ehtimalla ara transfer pəncərisində heyətə yeni futbolçular cəlb olunmayacaq”.

writer photo
Əlirza Əlirzalı
0