"Barselona" Madriddə "El Klasiko"nu avtoqolla qazandı
03.03.2023 - 01:55
"Barselona" Madriddə "El Klasiko"nu avtoqolla qazandı

İspaniya Kubokunun yarımfinal mərhələsinin ilk oyunundakı "El Klasiko"nu "Barselona" qazanıb.

Apasport.az xəbər verir ki, "Barselona" Madriddə keçirilən görüşdə "Real"ı 1:0 məğlub edib.

Yeganə qolu 26-cı dəqiqədə "Real"ın braziliyalı mərkəz müdafiəçisi Eder Militau öz qapısından keçirib.

Tərəflər arasında cavab oyunu aprelin 5-də Barselonada keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0