“Barselona” portuqaliyalı müdafiəçiyə elçi düşdü
01.06.2023 - 09:50
“Barselona” portuqaliyalı müdafiəçiyə elçi düşdü

“Barselona”nın heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Rafael Gerreyronun xidmətində maraqlıdır.
 
Dortmund “Borussiya”sının 29 yaşlı futbolçusu bu yay azad agent statusu alacaq. “Barselona” portuqaliyalını pulsuz ələ keçirməyi planlaşdırır.

Qeyd edək ki, 2016-cı ildən “Borussiya”da çıxış edən Rafael 162 oyunda 30 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0