“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanla danışıqlara başlayıb.
Apasport.az saytının məlumatına görə, İspaniya təmsilçisi 32 yaşlı futbolçu ilə bağlı planını da hazırlayıb.
Kataloniyalılar hazırda Almaniya millisinin heyətində dünya çempionatında iştirak edən ulduz futbolçunu qış fasiləsində deyil, mövsümün sonunda heyətinə qatmaq qərarına gəlib. Çünki oyunçunun ingilislərlə müqavilə müddəti məhz gələn ilin yayına qədərdir. Bu üzdən “Barsa” rəhbərliyi Türkiyə əsilli oyunçunu azad agent kimi gətirməyə çalışacaq.
Qeyd edək ki, İlkay Gündoğan 2016-cı ildən “Mançester Siti”nin formasını geyinir.