“Barselona” televiziya hüquqlarının bir hissəsini satıb.
Apasport.az saytının məlumatına görə, “Sixth Street” investisiya fondu İspaniya klubunun La Liqada televiziya mediası hüquqlarının 10 faizini alıb.
Bu, kataloniyalılara 207,5 milyon avro qazandırıb. Bu əməkdaşlığa görə, “Sixth Street” 25 il ərzində əldə edilmiş televiziya hüquqlarından gəlir götürəcək. Bu, “Barselona”nın cari mövsümdə ümumi kapital qazancını 267 milyon avroya çatdırıb.
Qeyd edək ki, “Sixth Street” basketbol klubu “San Antonio”nun səhmlərinin 20 faizinə sahibdir. İnvestisiya fondu həmçinin “Real”a 380 milyon dollar yatırım edib. Madrid klubu stadionundan əldə etdiyi gəlirin 30 faizini şirkətə köçürəcək.