"Bavariya" Müllerlə müqaviləni uzadacaq
26.10.2023 - 12:42
"Bavariya" Müllerlə müqaviləni uzadacaq

“Bavariya” hücumçusu Tomas Müllerə yeni müqavilə təklif etmək istəyir.

Apasport xəbər verir ki, alman nəhəngi Tomasla əməkdaşlığı 2025-ci ilə qədər uzatmağa hazırdır. 

Müller “Bavariya” yetirməsidir və 2008-ci ildən komandanın əsas heyətində çıxış edir. Onun klub ilə hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, 34 yaşlı futbolçu Münhen təmsilçisinin heyətində forma geyindiyi 449 oyunda 144 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0