"Bavariya" Saşa Boey üçün İstanbulda
26.01.2024 - 01:41
Almaniya nəhəngi "Bavariya"nın təmsilçiləri Saşa Boey transferi üçün İstanbula gəlib.
Apasport.az xəbər verir ki, Münhen klubu ilkin etapda "Qalatasaray"a bonuslarla birgə 20 milyon avroya yaxın təklif verib.
"Sarı-qırmızılılar" isə fransız müdafiəçi üçün ən az 25-30 milyon avro tələb edir.
Klublar arasında danışıqlar davam edir. Boey isə artıq Almaniya klubu ilə şəxsi razılıq əldə edib və keçid üçün "Qalatasaray" rəhbərliyindən güzəşt gözləyir.
0
0