"Bavariya"dan rekord - 34 qolla zirvədə
29.10.2023 - 10:58
"Bavariya"dan rekord - 34 qolla zirvədə

“Bavariya” Bundesliqada rekorda imza atıb.

Apasport.az xəbər verir ki, Münhen klubu çempionatın 9-cu turunda rəqibi "Darmştadt"ı 8:0 hesabı ilə məğlub edib.  

Bununla da Tomas Tuxelin yetirmələri Almaniya çempionatı tarixində ilk 9 Bundesliqa oyunundan sonra 34 qol vuran ilk komanda olub. Titulun son qalibləri bu müddətdə öz qapısından cəmi 7 qol buraxıb.

Qeyd edək ki, hazırda 23 xalla turnir cədvəlinin zirvəsində yer alan “Bavariya” ən yaxın rəqibi olan “Bayer”i 1 xal qabaqlayır. Münhen təmsilçisindən bir oyun əskiyi olan Leverkuzenlilər isə bu gün "Frayburq"u qəbul edəcək. 

writer photo
Əlirza Əlirzalı
0