Bellinqem ÇL-də ardıcıl 6 oyunda fərqlənib
07.03.2024 - 11:58
Bellinqem ÇL-də ardıcıl 6 oyunda fərqlənib

"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem Artyom Dzyuba və Kilian Mbappenin rekordunu təkrarlayıb. 

Apasport.az xəbər verir ki, Cud Bellinqem UEFA Çempionlar Liqasında ardıcıl 6 oyunda fərqlənib.

İngilis futbolçu 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Bellinqem "Zenit"in keçmiş hücumçusu Artyom Dzyuba ( 6 qol 2 məhsuldar ötürmə) və PSJ-nin hücumçusu Kilian Mbappenin (4 qol 3 məhsuldar ötürmə) rekordunu təkrarlayıb.

Xatırladaq ki, “Real Madrid” Çempionlar Liqasının 1/8 finalında Almaniyanın “Leypstiq” klubuna (1:0, 1:1) ümumi hesabda qalib gəlib.

writer photo
Əlirza Əlirzalı
0