"Beşiktaş"da növbəti ayrılıq
28.07.2024 - 11:44
"Beşiktaş"da növbəti ayrılıq

Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Beşiktaş" bəzi futbolçuları ilə yollarını ayırmağa çalışır.

Apasport.az xəbər verir ki, Onur Bulut İstanbul klubunu tərk etməyə yaxındır.

İki mövsüm "qara qartal"ın formasını geyinən cinah müdafiəçisi digər Super Liqa təmsilçisi İstanbul Başakşehirə keçə bilər. Bu ayrılığın əsas səbəbi kimi isə azarkeşlərin futbolçuya münasibəti göstərilir. 

Təcrübəli futbolçunun cari transfer dəyəri 2 milyon avrodur.

Qeyd edək ki, Onur Bulutun "Beşiktaş"la müqaviləsi 2026-cı ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0