Bir qələbə ilə iki vəsiqə
19.05.2022 - 10:14
Bir qələbə ilə iki vəsiqə

Avropa Liqasının finalında “Reyncers”i məğlub edən (1:1, pen.5:4) “Ayntraxt” bir qələbə ilə iki vəsiqə qazanıb.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu UEFA Superkubokunda mübarizə aparacaq.

Frankfurt klubunun rəqibi “Liverpul” – “Real” matçında müəyyənləşəcək. Bu qarşılaşma avqustun 10-da Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya stadionunda keçiriləcək.

“Ayntraxt” həm də Çempionlar Liqasında oynayacaq. Bundesliqada “onluğ”a belə düşə bilməyən frankfurtlular qitənin ən nüfuzlu klub turnirinin qrupunun püşkatmasında 1-ci səbətdə yer alacaq.

“Ayntraxt” həm Superkubok, həm Çempionlar Liqasının yeni formatında ilk dəfə oynayacaq. Almaniya klubu indiyədək bu turnirlərin heç birində oynamayıb. Frankfurtlular Çempionlar kubokunda oynasa da, 1992-ci ildən indiki adla olan turnirə çıxa bilməyib.

writer photo
Əlirza Əlirzalı
0