Bonuççi "Yuventus"u məhkəməyə verir - SƏBƏB
12.09.2023 - 15:35
Bonuççi "Yuventus"u məhkəməyə verir - SƏBƏB

Leonardo Bonuççi "Yuventus"u məhkəməyə verəcək.

Apasport.az saytı xəbər verir ki, 36 yaşlı mərkəz müdafiəçisi keçmiş klubundan şikayətçidir.

Veteran futbolçu heç bir izahat vermədən məşqdən kənarlaşdırıldığı üçün maddi təzminat tələb etmək niyyətindədir. Bonucci iddia edir ki, klubun bazasına daxil olmasına icazə verilməməsi onun  imicinə ziyan vurub. İtaliya millisinin sabiq futbolçusu məhkəmədə qalib gələcəyi təqdirdə alacağı məbləği xeyriyyə fondlarına bağışlayacaq.

Qeyd edək ki, 12 il "Yuventus"da çıxış etmiş Leonardo hazırda Almaniyada “Union”unun şərəfini qoruyur.

writer photo
Əlirza Əlirzalı
0