“Borussiya” Bellingemin qiymətini açıqladı
29.06.2022 - 22:43
“Borussiya” Bellingemin qiymətini açıqladı

Dortmund “Borussiya”sı yarımmüdafiəçisi Cud Bellingemlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi bir neçə nəhəng klubun maraq dairəsində olan hücumameylli oyunçusunu satmaq fikrində deyil.

Bundesliqa klubu yalnız bir şərtlə İngiltərə millisinin üzvünün gedişinə razılıq verə bilər. Bunun üçün hansısa klub minimum 120 milyon avroluq təklif göndərməlidir. Əks təqdirdə Bellingem “Borussiya”da qalacaq.

Qeyd edək ki, 19 yaşlı futbolçu “Real”, “Liverpul” və “Mançester Yunayted”in gündəmindədir.
 

writer photo
Əlirza Əlirzalı
0