Çalhanoğlu yeni müqavilə imzaladı
05.07.2023 - 22:49
Çalhanoğlu yeni müqavilə imzaladı

Hakan Çalhanoğlu “İnter”lə müqaviləsini yeniləyib.

Apasort.az saytı xəbər verir ki, yeni razılaşma 2027-ci ilədək nəzərdə tutulub.

İki il əvvəl “Milan”dan “İnter”ə keçən 29 yaşlı futbolçu komandanın əsas oyunçularından birinə çevrilib. Çalhanoğlu başa çatan mövsümdə “neradzurri”nin Çempionlar Liqasının finalına yüksəlməsində böyük pay sahibi olub. O, klubla İtaliya kubokunu qazanıb.

Qeyd edək ki, Hakan “İnter”in heyətində A seriyasında 67 oyun keçirib. O, bu görüşlərdə 10 qol və 18 ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0