"Çelsi" "Bavariya"nın ulduzunu istəyir
20.02.2024 - 16:48
"Çelsi" "Bavariya"nın ulduzunu istəyir

"Çelsi" bu yay "Bavariya"nın hücumçusu Harri Keyni almaq niyyətindədir.

Apasport.az "Football.London"a istinadla xəbər verir ki, komanda bir kubok qazana bilməsə, ingilis forvardın Münhen klubunu tərk etmək şansı artacaq.

Keyn 2023-cü ilin avqustunda 95 milyon avroya "Tottenhem"dən "Bavariya"ya keçib. Münhen komandasının tərkibində ingilis futbolçu 30 oyun keçirib, 29 qol vurub və 8 məhsuldar ötürmə verib.

"Transfermarkt" portalı 30 yaşlı futbolçunun dəyərini 110 milyon avro olaraq qiymətləndirib.

writer photo
Əlirza Əlirzalı
0