"Çelsi" Osimheni almaq istəyir
28.08.2024 - 15:49
"Çelsi" Osimheni almaq istəyir

"Çelsi" "Napoli"nin hücumçusu Viktor Osimhen ilə maraqlanır.

Apasport.az xəbər verir ki, Premyer Liqa klubu futbolçunun transferi üçün Neapolitan klubuna rəsmi təklif göndərib.

Klublar arasında danışıqlar davam edir.

Forvard uğrunda mübarizədə "Çelsi"nin rəqibləri "Arsenal" və Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubları hesab olunur.

Qeyd edək ki, İtaliya çempionatının ötən mövsümündə 25 yaşlı mərkəz hücumçusu 25 matçda iştirak edib. Osimhen 15 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

 

writer photo
Əlirza Əlirzalı
0