"Çelsi" son 5 ilin ən pis Avropa komandasıdır
08.02.2023 - 20:54
"Çelsi" son 5 ilin ən pis Avropa komandasıdır

CIES Football Observatory tədqiqat mərkəzi ən yüksək ticarət həcminə malik 100 klub arasında son 5 ildə ən yaxşı və ən pis transfer balansına malik Avropa klublarının reytinqini dərc edib.

Apasport.az xəbər verir ki, "Benfika" 369 milyon avro xalis gəlirlə müsbət balansa malik olan klublar siyahısına başçılıq edir. Portuqaliya klubunu "Lill" (+308 milyon avro), "Ayaks" (+292 milyon), "Zalsburq" (+287 milyon) və "Sportinq" (+268 milyon) izləyir.

Son 5 ildə ən pis balansı “Çelsi” göstərib (-749 milyon avro). Londonluları “Mançester Yunayted” (-670 milyon avro), “Arsenal” (-544 milyon avro), “Tottenhem” (-477 milyon avro) və “Vest Hem” (-435 milyon avro) izləyir.

writer photo
Əlirza Əlirzalı
0