"Çelsi" və "Barselona"nın 17 yaşlı braziliyalı arzusu
08.09.2023 - 14:42
"Çelsi" və "Barselona"nın 17 yaşlı braziliyalı arzusu

Braziliya "Korintians"ının futbolçusu Qabriel Moskardo karyerasını Avropada davam etdirə bilər.

Apasport.az saytı xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi oyunu ilə "Çelsi" və "Barselona"nın diqqətini cəlb edib.

Hər iki komandanın skautları gənc oyunçu haqda müsbət rəy veriblər. London klubu futbolçunun transferi üçün Braziliya təmsilçisi ilə danışıqlara hazırlaşır. 

Qeyd edək ki, “Korintians” klubunun öz yetirməsi olan Moskardo bu ildən əsas komandaya yüksəlib.

writer photo
Əlirza Əlirzalı
0