“Çelsi”də yeni müqavilə
13.06.2022 - 16:32
“Çelsi”də yeni müqavilə

“Çelsi” futbolçusu Billi Gilmorla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ilə yeni müqavilə 2024-cü ilədək nəzərdə tutulub.

2017-ci ildən London klubunda olan futbolçu əsas komandada 3 il öncə debüt edib. O, ötən mövsümdə “Norviç”də icarədə olub.

Qeyd edək ki, Gilmor Premyer Liqada 24 matç keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0