"Çelsi"dən “Milan”a
08.07.2023 - 16:51
"Çelsi"dən “Milan”a

Daha bir futbolçu "Çelsi"ni tərk etməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, London klubu Kristian Pulisiçin “Milan”a transferinə “hə” deyib.

Razılaşmaya əsasən, italyanlar bu transfer müqabilində qarşı tərəfə 22 milyon avro ödəyəcək. ABŞ millisinin də şərəfini qoruyan 24 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün icazə alıb və şəxsi şərtlərlə bağlı yekun razılıq əldə edib.

Qeyd edək ki, 2019-cu ildən “Çelsi”də oynayan Pulisiç son mövsümdə 30 matçda iştirak edib. Onun aktivində 1 qol və 2 məhsuldar ötürmə var.

writer photo
Əlirza Əlirzalı
0