Çempionlar Liqasında uduzdu, istefaya göndərildi
07.09.2022 - 12:33
Çempionlar Liqasında uduzdu, istefaya göndərildi

Çempionlar Liqasının startı baş məşqçi istefası ilə əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, “Leypsiq” Domeniko Tedesko ilə yollarını ayırıb.

36 yaşlı mütəxəssislə birlikdə onun köməkçiləri də Almaniya klubunu tərk edib. Andreas Hinkel və Maks Urvançiki də işsiz qalıb.

Tedesko 2021-ci ilin dekabrından bu Leypsiqin eyniadlı klubunu çalışdırırdı. Onun yetirmələri Almaniya kubokunu qazanıb.

Qeyd edək ki, cari mövsüm 2 qələbə, 2 heç-heçə və 4 məğlubiyyəti olan komandanın Çempionlar Liqasına uğursuz başlaması rəhbərliyi belə addıma vadar edib. Almaniyalılar ilk turda öz meydanında “Şaxtyor”a 1:4 hesabı ilə uduzub.
 

writer photo
Əlirza Əlirzalı
0