Çempionun 50 milyonluq transfer hazırlığı
15.06.2022 - 14:43
Çempionun 50 milyonluq transfer hazırlığı

“Mançester Siti” “Lids”in yarımmüdafiəçisi Kalvin Fillipsi transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” 26 yaşlı oyunçu üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Premyer Liqa çempionu 27 yaşlı futbolçunun keçidini təxminən 45-50 milyon funt sterlinqə həll etmək istəyir. Rəhbərlik qarşı tərəfin bu məbləğə razılaşacağını düşünür. İngiltərə millisinin üzvü də Mançesterə köçmək arzusundadır.

Qeyd edək ki, Kalvin Fillipsin “Lids”lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

writer photo
Əlirza Əlirzalı
0