Dioqo Jota DÇ-2022-ni buraxacaq
18.10.2022 - 17:05
“Liverpul” və Portuqaliya millisi ciddi itki ilə üzləşib.
Apasport.az saytı xəbər verir ki, hücumçu Dioqo Jota uzun müddətə sıradan çıxıb.
Premyer Liqanın XI turunda “Mançester Siti” ilə oyunun son dəqiqələrində zədələnən 26 yaşlı forvard dünya çempionatını buraxacaq. Bu barədə “qırmızılar”ın baş məşqçisi Yurgen Klopp məlumat verib. Almaniyalı mütəxəssisin sözlərinə görə, Jota mundialda Portuqaliya millisinin heyətində olmayacaq.
Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 noyabrın 20-də start götürəcək.
0
0