Fatih Terim “Golden Foor” mükafatına layiq görüldü
22.12.2022 - 12:18
Fatih Terim “Golden Foor” mükafatına layiq görüldü

Türkiyənin “Qalatasaray” klubunun və milli komandasının keçmiş baş məşqçisi Fatih Terim daha bir ilkə imza atıb.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Monako Krallığı tərəfindən təşkil olunan “Golden Foor” (Qızıl ayaq) mükafatına sahib olub.

Tədbirdən öncə Terim və onunla birlikdə mükafatı alacaq Xuan Sebastiyan Veronla Emilio Butragienonun ayaq izləri alınıb. 69 yaşlı məşqçinin ayaq izi Krallığın çempionlar yolunda yer alacaq.

“Qalatasaray” ilə UEFA kubokunu, 8 ölkə çempionluğunu və milli komandada AVRO-2008-in bürünc medallarını qazanan Terim sözügedən uğuru qazanan ilk türk baş məşqçi kimi tarixə düşüb.

Qeyd edək ki, bu mükafatı alanlar arasında Pele, Maradona, Eysebio, Corc Best, Ferens Puşkaş, Gerd Müller, Alfredo di Stefano, Karl-Hayns Rummenige, Frans Bekkenbauer, Erik Kantona, Zinəddin Zidan və Paolo Maldini kimi məşhurlar var.
 

writer photo
Əlirza Əlirzalı
0