Türkiyə Superliqası təmsilçilərindən "Fənərbaxça"da ciddi itki yaşanıb.
Apasport.az xəbər verir ki, "Beşiktaş"la derbi matçında zədələnən İsmail Yüksekin vəziyyətinə aydınlıq gəlib.
Klubun rəsmi saytından verilən açıqlamaya görə, ayaq biləyinin bağı qopan Yüksek mövsümü erkən bitirib.
"Sarı-lacivərdli"lərin baş məşqçisi İsmail Kartal növbəti matçlarda türk oyunçunun yerini Krunyiçlə doldurmağa çalışacaq.
Lakin əsas heyətdə 3 yerli oyunçunun oynama məcburiyyəti səbəbindən Kartalın müdafiə xəttində dəyişikliyə gedəcəyi gözlənilir.
Türkiyəli mütəxəssisin Bekaonu ehtiyat oyunçular skamyasına daşıyacağı və mərkəz müdafiəsində Ciku ilə yanaşı Çağlar Söyüncüyə şans verəcəyi bildirilib.
Fənərbaxçanın liqada qalan matçları belədir:
"Konyaspor" - "Fənərbaxça"
"Fənərbaxça" - "Kayserispor"
"Qalatasaray" - "Fənərbaxça"
"Fənərbaxça" - "İstanbulspor".