"Fənərbaxça"da yeni ayrılıq
08.07.2024 - 14:28
"Fənərbaxça"da yeni ayrılıq

2018-2019 mövsümündən bəri “Fənərbaxça”nın şərəfini qoruyan Serdar Aziz komandası ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, “Fənərbaxça” rəsmi məlumat yayaraq, futbolçunun düşərgəni tərk etdiyini, ona transfer danışıqları üçün icazə verildiyini bildirib.

Serdar Aziz komandanın düşərgəsini tərk etməzdən əvvəl Joze Mourinyo ilə də görüşüb. Portuqaliyalı mütəxəssis onun gedişi üçün yaşıl işıq yandırıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu bu günə qədər “Fənərbaxça”da 135 oyun keçirib, 11 qol və 6 qol ötürməsi ilə yadda qalıb. Serdar Aziz passivinə 42 sarı, 2 qırmızı vərəqə də yazdırıb.
 

writer photo
Əlirza Əlirzalı
0