İlin ən yaxşı gənc futbolçusu adına namizədlər – SİYAHI
05.09.2024 - 11:22
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər – SİYAHI

“France Football” nəşri 2024-cü ilin ən yaxşı gənc futbolçusu adına namizədlərin yekun siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, “Kopa Trofi” namizədlər arasında “Real”ın və Türkiyə yığmasının futbolçudu Arda Güler də var:

Lamin Yamal, Pau Kubarsi (hər ikisi “Barselona”), Alexandro Qarnaço, Kobbi Maynu (hər ikisi “Mançester Yunayted”), Arda Güler (“Real”), Varren Zair-Emeri, Joao Neveş (hər ikisi PSJ), Savio (“Mançester Siti”), Matis Tel (“Bavariya”), Karim Konate (“Zalsburq”).

Qalib oktyabrın 28-də açıqlanacaq.

writer photo
Əlirza Əlirzalı
0