İngiltərə nəhəngləri gənc danimarkalının "ovunda"
25.11.2023 - 23:49
İngiltərə nəhəngləri gənc danimarkalının "ovunda"

"Çelsi", "Tottenhem", "Liverpul", "Mançester Siti" və "Barselona" eyni futbolçu üçün mübarizəyə başlayıblar.

Apasport.az xəbər verir ki, sözügedən komandalar “Leççe”nin gənc futbolçusu Patrik Dorqunu heyətə qatmaqda iddialıdır.

19 yaşlı danimarkalı futbolçu sol cinah müdafiəçisi mövqeyində çıxış edir. Bu mövsüm 19 matçda iştirak edən Dorqu 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, arxa xətt oyunçusunun italyanlarla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 

writer photo
Əlirza Əlirzalı
0