"İnter" İnzaqi ilə müqavilə yeniləyib
09.07.2024 - 10:35
"İnter" İnzaqi ilə müqavilə yeniləyib

“İnter” baş məşqçisi Simone İnzagi ilə yeni müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, yeni müqavilənin müddəti 2026-cı ilə qədərdir. 

İtaliyalı mütəxəssis komandanı idarə etdiyi hər mövsüm üçün illik 6.5 milyon avro qazanacaq. Eyni zamanda, komanda İnzaqinin rəhbərliyi altında yenidən Skudettonu qazanarsa, baş məşqçi 2 milyon avro əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, “İnter”in hazırki baş məşqçisi ilə birlikdə 1 Seriya A, 2 İtaliya kuboku, 3 superkubok çempionluğu var.  
 

writer photo
Əlirza Əlirzalı
0