Romelu Lukaku “İnter”in futbolçuları qarşısında pis vəziyyətdə qalıb.
Apasport.az saytı xəbər verir ki, o, həmkarlarından bağışlanılmasını istəyir.
Hər şey belçikalı forvardın “Yuventus”la danışıqlara aparmasından sonra başlayıb. Onun bu hərəkəti Milan klubu tərəfindən xoş qarşılanmayıb və Lukaku həmin dövrdə zənglərə cavab verməyib. Hücumçudan qurtulmaq istəyən “Çelsi” isə yenidən “İnter”lə danışıqlara bərpa etmək niyyətindədir. Amma “neradzurri” soyunub-geyinmə otağında mühitin pozulmasını istəmir və belçikalı ilə əlaqələri kəsib.
Qeyd edək ki, Lukaku 2019-2021-ci illərdə “İnter”də çıxış edib. Bundan sonra “Çelsi”yə transfer olunan Romelu ötən mövsümü icarə əsasında milanlıların heyətinə dönüb. O, Çempionlar Liqasının finalında son dəqiqələrdə uğursuz oyundan sonra ciddi tənqidlərə tuş gəlib.
“İnter” onu bağışlayacaqmı?
22.07.2023 - 23:25
0
0