"İnter" vacib oyunçusunu itirə bilər
25.03.2024 - 13:47
"İnter"in müdafiəçisi Stefan de Vrij Hollandiya millisində zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə "Sportitalia" məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu komandanı tərk edərək “neradzurri”nin düşərgəsinə qayıdıb. Stefana əzələ zədələnməsi diaqnozu qoyulub. Zədə səbəbindən Vrijin İtaliya çempionatında "Empoli" ilə matçda iştirakı sual altındadır.
A Seriyasının bu mövsümündə 32 yaşlı müdafiəçi 21 oyuna çıxıb, 1 qol vurub. İtaliya çempionatının 29 turundan sonra "İnter" 76 xal toplayaraq turnir cədvəlində birinci pillədə qərarlaşıb.
0
0