“İnter”in qapıçı planı
07.07.2023 - 13:24
“İnter”in qapıçı planı

“İnter” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Apasport.az saytı xəbər verir ki, İtaliya klubu “Bavariya”dan qapıçı Yan Zommerə elçi düşüb.

İsveçrə millisinin 34 yaşlı qolkiperinin keçidi üçün almanlarla danışıqlara başlayan “neradzurri” bu transferi qısa zamanda həll etməyi planlaşdırır. Komandanın əsas qapıçısı Andre Onana  "Mançester Yunayted"ə gedəcəyi təqdirdə çərçivəni məhz Zommerə etibar olunacaq.

Qeyd edək ki, oyunçu 2022/23 mövsümündə "Bavariya"da 25 oyunda 31 qol buraxıb.

writer photo
Əlirza Əlirzalı
0