İspaniya yığmasında itki
02.06.2022 - 14:41
İspaniya yığmasında itki

İspaniya millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, pireneylilər Tyaqo Alkantaranın xidmətindən məhrum qalıb.

Təcrübəli yarımmüdafiəçi iyunda keçiriləcək oyunları buraxacaq. “Liverpul”un 31 yaşlı futbolçusu zədə üzündən millinin düşərgəsini tərk etməli olub.

Qeyd edək ki, İspaniya yığması bu gün Portuqaliya, iyunun 5-də və 12-də Çexiya, 9-da İsveçrə ilə qarşılaşacaq.

writer photo
Əlirza Əlirzalı
0