İşsiz qalan Sərgən Yalçın federasiyanı topa tutdu
04.10.2023 - 16:06
İşsiz qalan Sərgən Yalçın federasiyanı topa tutdu

“Mehmet Büyükekşinin sözləri məni çox incitdi”

Apasport.az xəbər verir ki, son olaraq “Beşiktaş”a rəhbərlik etmiş Sərgən Yalçın Türkiyə Futbol Federasiyasının rəsmilərini “topa tutub”.

50 yaşlı məşqçi milli komandaya son iki baş məqçi təyinatının yanlış olduğunu düşünür: “Stefan Kuntz kim idi? Məşqçilik bacarığı yox! Təcrübəsi yox! Hansısa uğuru yox! Bəs nə səbəbə gətirilmişdi milliyə? Təəssüf ki, bu sualın cavabı yoxdur. Keçək Vinçenzo Montellaya. “Adana Dəmirspor”la dördüncülük qazanmaq uğurdurmu? Bəs onda bizim qazandığımız nəticələr nə idi?”.
 
Federasiya prezidenti Mehmet Büyükekşinin: “gələcəyi parlaq bir məşqçi ilə anlaşdıq” sözünün ona pis təsir etdiyini deyən Yalçın: ”ölkədə bəyəm gələcəyini parlaq olaraq gördüyünüz yerli mütəxəssis yox idi?” deyə üsyan edib. 

Rəsmilərdən təklif gözlədiyini, ancaq heç kimin onunla maraqlanmadığını qeyd edən veteran futbolçu bu davranışın onu çox incitdiyini vurğulayıb. 

writer photo
Əlirza Əlirzalı
0