Kan transferi təsdiqlədi, Levandovski vidalaşdı
16.07.2022 - 17:00
Kan transferi təsdiqlədi, Levandovski vidalaşdı

Robert Levandovski “Bavariya” ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, “Barselona”ya transfer olunan polşalı ulduz futbolçu yenidən Almaniyaya qayıdacağını açıqlayıb.

O, bu dəfə komanda yoldaşları ilə vidalaşmaq üçün dönəcəyini bildirib: “Qayıdıb bütün heyətlə vidalaşacağam. Hazırlaşmağa çox vaxtım yox idi. “Bavariya”da keçirdiyim 8 il xüsusi idi, bunu unutmayacağam. Münhendə çox gözəl vaxt keçirdim. Tezliklə ayrılacağam, amma yeni komandamdakı təlim-məşq toplanışından sonra qayıdaraq vidalaşacağam və nəsə təşkil edəcəyəm”.

“Bavariya”nın rəhbəri Oliver Kan da bu keçidi təsdiqləyib. O, klublar arasında anlaşma əldə olunduğunu açıqlayıb: “Robertin transferi üçün “Barselona” ilə razılığa gəldik. Hər şey razılaşdırılıb”.

Qeyd edək ki, Robert Levandovski “Barselona” ilə 3 illik müqavilə imzalayacaq. Onun transferi ispanlara 45+5 milyon avroya başa gəlib.

writer photo
Əlirza Əlirzalı
0