Kavaniyə daha bir müştəri
27.08.2022 - 14:43
Kavaniyə daha bir müştəri

Edinson Kavani daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, “Real Sosyedad” da uruqvaylı hücumçunun xidmətində maraqlıdır.

İspaniya klubu 35 yaşlı forvardla ilə danışıqlara başlayıb. Kavani “Valensiya”, “Nitsa” və “Vilyarreal”ın da hədəfindədir.

Bu yay “Mançester Yunayted”dən ayrılan cənubi amerikalı azad agent statusuna malikdir. Onun özü də İspaniyada oynamaq niyyətindədir.

Qeyd edək ki, Edinson ötən mövsümün 20 matçında 2 qola imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0