Kərim Benzema məşqlərə çıxmır
14.01.2024 - 14:38
Kərim Benzema məşqlərə çıxmır

Kərim Benzema "Əl İttihad"la mövsümöncəsi məşqdə iştirak etməyəcək.

Apasport.az xəbər verir ki, buna səbəb forvardın artıq ardıcıl olaraq Səudiyyə klubunun altı məşqini buraxmasıdır.

Ərəbistan yarımadasında oynamaq istəməyən 36 yaşlı forvard yenidən “köhnə qitə”yə qayıtmaq istəyir. Hətta iddialara görə futbolçu Avropanın bir çox aparıcı klublarının hədəfindədir.

Qeyd edək ki, Benzema “Əl İttihad” forması ilə çıxdığı  20 matçda aktivinə 12 qol və 5 məhsuldar ötürmə yazdırıb.

writer photo
Əlirza Əlirzalı
0