Klopp: “Mançester Siti” dünyanın ən yaxşı komandasıdır”
15.10.2022 - 00:59
Klopp: “Mançester Siti” dünyanın ən yaxşı komandasıdır”

“Ev oyununda, “Enfild Roud”da “Mançester Siti”yə qarşıyıq. Bütün arenanın bizə kömək etdiyini bilirik və bundan istifadə etməyə çalışacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının XI turunda “Mançester Siti”yə qarşı keçiriləcək oyun barədə danışarkən deyib.

Almaniyalı mütəxəssis ikinci pillədə qərarlaşan rəqibin gücündən çəkinmədiklərini vurğulayıb: “Mançester Siti” hazırda dünyanın ən yaxşı komandasıdır. Amma heç bir zəmanətin olmadığını bilərək cəhd edəcəyik. Qvardiola və komandasına qarşı oynamaqdan həzz alıram. Bütün mövqelərdə güclü olmaları rəqibə xüsusi çətinlik yaradır. “Mançester Siti”nin “zəifdir” deyə biləcəyimiz bir nöqtəsi yoxdur. Onlar önündə uğurlu nəticəmiz var. Ancaq tez-tez titullar qazanmaq üçün bu, kifayət deyil”.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək “Liverpul” – “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0