Krespo klubunu dəyişib
19.08.2024 - 19:17
Krespo klubunu dəyişib

Türkiyə Super Liqasında mübarizə aparan "Başakşehir" "Fənərbaxça"dan futbolçu transfer edib.

Apasport.az xəbər verir ki, Migel Krespo artıq digər İstanbul klubunun şərəfini qoruyacaq.

Portuqaliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, ötən ilin qışında İspaniyanın "Rayo Valekano" klubuna icarəyə göndərilən Krespo La Liqada 15 matça çıxıb. 

writer photo
Əlirza Əlirzalı
0