Kuadrado İtaliyada qaldı
17.07.2023 - 11:38
Kuadrado İtaliyada qaldı

“Yuventus”un futbolçusu Xuan Kuadradonun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını “İnter”də davam etdirəcək.

35 yaşlı kolumbiyalı yaxın günlərdə Milan təmsilçisi ilə müqavilə imzalayacaq. Anlaşma bir illik olacaq.

Qeyd edək ki, Kuadrado 2015-ci ildən formasını geyindiyi “Yuventus”dan ötən ay ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0