Lamin Yamaldan daha bir rekord
12.01.2024 - 10:01
Lamin Yamaldan daha bir rekord

“Barselonanın” futbolçusu Lamin Yamal İspaniya Superkubokunun tarixinə düşüb.

Apasport.az xəbər verir ki, gənc futbolçu yarışın yarımfinalında keçirilən "Osasuna" ilə qarşılaşmada (2:0) qol vurub.

16 yaş 182 günlüyündə fərqlənən Lamin turnir tarixinin ən gənc qol vuran futbolçusu adına sahib olub. Bununla da o, komanda yoldaşı Qavinin (18 yaş 163 gün) rekordunu yeniləyib.

Qeyd edək ki, İspaniya millisinin də şərəfini qoruyan sağ cinah müdafiəçisi cari mövsüm “Barselona” forması ilə iştirak etdiyi 26 matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0