Levandovski pensiyaya çıxmaq barədə...
09.12.2023 - 13:49
Levandovski pensiyaya çıxmaq barədə...

“Düşünürəm ki, hələ də üç-dörd il futbol oynaya bilərəm”.

Apasport.az xəbər verir ki, bu sözlər "Barselona"nın hücumçusu Robert Levandovskiyə aiddir.

35 yaşlı hücumçu gələcək karyerası ilə bağlı danışıb: 
“İçimdə hələ də ehtiras var. Üç-dörd il daha yüksək səviyyədə futbol oynaya bilərəm. Çünki özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. Təbii ki, zədələr imkan verərsə”.

Qeyd edək ki, bu mövsüm “Barselona” forması ilə 17 matçda iştirak edən polşalı 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0